AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda Misli Premyer Liqasının 2-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Kəpəz” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” klubunun heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin futbol formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi, komandaya Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt olunmasına baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün “Karvan-Yevlax” klubu 1500 manat cərimə edilib.


“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib.