"Karvan" legioner ala bilməyəcək
- 17:00
- 44
Misli Premyer Liqasının sonuncu pilləsində qərarlaşan "Karvan" çətin durumdadır.
Rekord.az xəbər verir ki, sonuncu pillədən çıxmaq üçün heyət güclənməlidir.
Bunun üçün isə ilk növbədə legioner futbolçular alınmalıdır. Lakin rəhbərlik Füzuli Məmmədovun bu istəyini yerinə yetirə bilmir. İş ondadır ki, yay transfer dönəmində limit doldurulub. İndi yeni legionerin alınması üçün böyük məbləğdə rüsum ödənməlidir. Yevlax təmsilçisinin isə o qədər pulu yoxdur. Ona görə də hazırda əldə olan legionerlərlə yola davam ediləcək. Yalnız yerli futbolçu alına bilər ki, boşda qalan səviyyəli yerli futbolçu yoxdur.