"Karvan" istefaya göndərdiyi Azər Həşimovla hələ də razılığa gələ bilmir.

Rekord.az xəbər verir ki, Həşimov təzminatını son qəpiyinə kimi istəyir.

Klub rəhbərliyi isə müəyyən məblığlə söhbəti bağlamaq istəyir. Tərəflər hələ də razılığa gələ bilmədiyi üçün Həşimovun istefası rəsmləşməyib, onun adı rəsmi baş məşqçi kimi rəsmi sənədlərdə getməkdə davam edir. Füzuli Məmmədovun adı isə rəsmən köməkçi-məşqçi kimi getsə də, komandanın faktiki baş məşqçisi odur.