
İsrail millisi “Araz-Naxçıvan”ın qapıçısını 4 dəfə məyus etdi
- 17:00
- 46
DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Rekord.az xəbər verir ki, İ qrupunda yer alan Moldova millisi öz meydanında İsraillə qarşılaşıb.
Moldova millisinə dəvət alan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram da bu görüşün iştirakçısı olub.
Meydana start heyətində çıxan 31 yaşlı qolkiper görüşü əvəzolunmadan keçirib.
Matç İsrail yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Avram 15, 35, 59 və 77-ci dəqiqələrdə qapısında qol görüb.
Seçmə mərhələdə ardıcıl 4-cü məğlubiyyətini alan Moldova millisi qrupda sonuncudur. Xallarının sayını 9-a çatdıran İsrail yığması isə hazırda ikinci pillədə qərarlaşıb.