
İspanlar "Sumqayıt" Futbol Akademiyasının futbolçusunu bəyəndi FOTOLAR
- 15:00
- 109
Bu yaxınlarda bir qrup azərbaycanlı futbolçu İspaniyanın "Levante" klubunun düşərgəsində olub.
Rekord.az xəbər verir ki, "Atketiko Baku"nun xətti ilə Priney yarımadasına gedən uşaqlardan biri də "Sumqayıt" Futbol Akademiyasının U-13 komandasının üzvü Anar Vəlizadədir.
2 həftəyə yaxın sürən məşqlər nəticəsində bir neçə futbolçu "Levante" klubu tərəfindən bəyənilib və bu klubun akademiyasında oynamağa hazır olduqları bildirilib. Anar da həmin futbolçuların sırasındadır. "Levante"nin beynəlxalq əlaqələr üzrə koordinatorunun imzası ilə göndərilən məktubda da bu, öz əksini tapıb.