 
        İspaniya superkubokunun keçiriləcəyi ölkə açıqlandı
- 29 Sen 2025 21:20
- 132
İspaniya superkuboku 2026-cı il yanvarın 7-dən 11-dək Səudiyyə Ərəbistanında keçiriləcək.
Rekord.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası məlumat yayıb.
Turnirdə "Barselona", "Real", "Atletik" və "Atletiko" iştirak edəcək.
Superkubok 2025-ci ildə də bu ölkədə baş tutub və "Barselona" qalib olub.
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        