İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında üzgüçülük üzrə İsmayıllı rayon turniri keçirildi.

Rekord.az xəbər verir ki, turnirin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliği, yeniyetmələr arasında üzgüçülük idman növünə marağın artırılması, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili olmuşdur. 

Yarışın yekununda qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olundular. Həmçinin iştirakçıların həvəsləndirilməsi məqsədilə sertifikatlar təqdim edildi.