
İşğaldan azad olunmuş rayonumuzda futbol komandası yaradıldı: "Region Liqası"nda oynayacaq FOTOLAR
- 15:00
- 135
Azərbaycanda daha bir futbol komandası fəaliyyətə başlayıb.
Rekord.az xəbər verir ki, "Murov Kəlbəcər" adlanan komanda işğaldan azad olunmuş Kəlbəcəri təmsil edir.
"Murov Kəlbəcər" yeni mövsümdən "Region Liqası"nda mübarizə aparmağı planlaşdırır. Komandanın təsisçisi və prezidenti İlqar Məmmədovdur. İlqar Məmmədov 125 nömrəli məktəbin Fiziki Tərbiyə müəllimi, AFFA D kateqoriyalı məşqçidir. Özü də əslən Kəlbəcər rayonu Məmməduşaqı kəndindəndir.
Komandanın baş məşqçisi isə C kateqoriyalı məşqçi Orxan Babayevdir. Babayev özü də kəlbəcərlidir. Babayev vaxtı ilə "Neftçi", "Kəpəz", "Standart , MOİK kimi komandalarda çıxış edib. Onun köməkçiləri isə Tamerlan Səfərli və Orxan Möhübbətlidir. "Murov Kəlbəcər" Region Liqasında Mərkəz zonasında mübarizə aparacaq. Komanda ev oyunlarını Şirvan Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.