İngiltərədə koronavirus səbəbindən dayandırılmış qadınların Super Liqası və Çempionşip vaxtından əvvəl başa çatdırılıb.

Rekord.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, klublarla danışıqların nəticəsinə əsasən belə bir qərar verilib.

Liqalarda çempionun elan edilməsi, elitaya yüksəlmə və aşağı liqaya göndərilmə ilə bağlı qərarların daha sonra veriləcəyi bildirilib.