İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.


Rekord.az xəbər verir ki, püşkatmaya əsasən, "Çelsi" "Arsenal"/"Kristal Pleas" duelinin qalibi ilə üz-üzə gələcək.


"Mançester Siti" isə "Nyukasl"a rəqib olub.


Yarımfinalın ilk oyunları yanvarın 12-də, cavab matçları isə fevralın 2-də keçiriləcək.