
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayırdı
- 09 Sen 2025 18:00
- 51
İngiltərənin "Nottingem Forest" futbol komandası baş məşqçisi Nuno Espirito Santo ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda 3 turdan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb. Klub Santunun rəhbərliyi altında 2024/2025 mövsümündə çempionatı 7-ci sırada bitirib və UEFA Avropa Liqasına vəsiqə qazanıb.