İlyasov Avropa çempionatında iştirak edəcək
- 22:15
- 35
Almaniyanın Brandenburq şəhərində keçiriləcək 19 yaşadək avarçəkənlərin Avropa çempionatında Azərbaycanı bir idmançı təmsil edəcək.
Bu barədə Rekord.az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Turnirdə Azər İlyasov mübarizə aparacaq. Gənc avaçəkən artıq sözügedən ölkəyə yollanıb.
Xatırladaq ki, Avropa çempionatı mayın 23-24-də təşkil olunacaq.