Litvada təlim-məşq toplanışında olan akademik avarçəkmə üzrə Azərbaycanın U-19 millisinin üzvü Azər İlyasov növbəti beynəlxalq turnirdə iştirak edəcək.


Bu barədə Rekord.az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.


İdmançı 11-12 iyulda Şaulyay şəhərində təşkil olunacaq Açıq Litva çempionatında mübarizə aparacaq.


Qeyd edək ki, yarışa U-19 və U-23 yaş kateqoriyalarındakı idmançılar qatılacaqlar.