İlham Əliyev Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayırdı
- 18:20
- 27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Rekord.az xəbər verir ki, Sərəncama əsasən, müsabiqənin təşkili ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.
Sənədə əsasən, vəsait 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı hazırlıq və təşkilati işlərin maliyyələşdirilməsinə yönəldiləcək.