İki boksçumuz üçün Budva sınağı
- 14:20
- 30
Azərbaycanın iki boksçusu - Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə martın 15-də Budva şəhərində start götürəcək Monteneqro Kubokunda mübarizə aparacaq.
Bu barədə Rekord.z-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Onlar 7 gün davam edəcək turnirdə yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında rinqə çıxacaqlar.
Hər iki boksçu 60 kq çəki dərəcəsində döyüşəcək.
Qeyd edək ki, bu gün Budvaya yollanan komanda martın 22-də Bakıya qayıdacaq.