Xəbər verdiyimiz kimi, yenidən bərpa olunan və I Divizionda mübarizə aparacaq  “Qəbələ-2”nin baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, rəhbərlik bu postu yerli futbol akademiyasının məşqçisi  Famil Xəlilova tapşırıb.

Xəlilov bundan öncə "Qəbələ"nin U-19 komandasının baş məşqçisi olub.