
Hüseynovun komandası evdə uduzdu
- 16:40
- 38
Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında 9-cu tur matçına çıxıb.
Rekord.az xəbər verir ki, komanda evdə “Çerno More” ilə qarşılaşıb və 0:1 hesabıyla uduzub.
Cəlal da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.
“Arda” hazırda turnir cədvəlində 9 xalla 11-cidir.