Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız Yunanıstanın ardından Macarıstanda təlim-məşq toplanışı keçir.

Millimizin hücumçusu Anastasiya Bayduk hazırlıq prosesi və yığmamızın yarışdakı şanslarını dəyərləndirib: "Avropa çempionatının başlanmasına çox az vaxt qalıb. Çempionata hazırlığımız Macarıstanda davam edir. Düşünürəm ki, Avropa Çempionatında yaxşı oyun göstərəcəyik. Çünki, hazırlığın ilk günündən bizim üçün hər cür şərait yaradılıb. Hazırlıq mərhələsində təlim-məşqlərlə bərabər yoxlama oyunları da keçiririk.

Hər kəs bizim qrupumuzu ölüm qrupu adlandırır. Düzdür rəqiblərimiz güclü və təcrübəlidir. Təcrübəli rəqibə qarşı çıxış etmək çətin olsa da, bir o qədərdə maraqlıdır. Avropa çempionatında zəif komanda olmur və hər kəsin məqsədi bu yarışda qalib olmaqdı. Demək olar ki, bütün rəqiblərimizin oyun taktikasına bələdik. Bir qrupda mübarizə aparacağımız Fransa millisi ilə Qızıl Avropa Liqasında qarşılaşmışıq. Həmin yarışda fransızlara məğlub olmuşduq. Amma bu gün komandamız daha yaxşı formadadır. Düşünürəm ki, Avropa çempionatında Fransa və Bosniya və Herseqovina yığmalarına qalib gələcəyik.

Komandamıza uğurlar arzu edirəm".