
“Hesabı bərabərləşdirmək üçün əlimizdən gələni etdik”
- 20:20
- 38
"İmişli"nin baş məşqçisi Xorxe Kaskilya Premyer Liqanın 7-ci turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:
“Çox çətin və keyfiyyətli oyun oldu. Bilirik ki, "Araz-Naxçıvan" avrokuboklar üçün mübarizə aparır. Matça yaxşı başladıq. Komandam yüksək pressinq tətbiq edirdi. Bərabər oyun gedirdi. "Araz-Naxçıvan" birinci hissədə standart vəziyyətdən yaxşı istifadə etdi. Fasilədə oyunçulara motivasiya verdik. İkinci yarıya çox yaxşı başladıq. Hücumda çox vaxt keçirirdik. Hesabı bərabərləşdirmək üçün əlimizdən gələni etdik. Son dəqiqələrdə penaltidən yararlana bilmədik. Sonda "Araz-Naxçıvan" ikinci qolu vurdu.
Çox dəyişiklik etməyimiz normal haldır. Çünki məğlub durumda idik. Buna görə meydana hücumameyilli oyunçular buraxdıq.
Biz futbolçuları nəinki penaltilərə, cərimə zərbələrinə də hazırlayırıq. Penalti qaçırmaq futbolda normal haldır. Messinin, Maradonanın da vura bilmədiyi vaxtlar olub. Elə komanda yoxdur ki, həmişə qalib gəlsin. "Araz-Naxçıvan" çox güclü komandadır. "İmişli"nin onlara qarşı belə oyun göstərməsi pozitivdir. Məğlubiyyət bizim motivasiyamızı azaltmayacaq. "Qəbələ" ilə matçda meydana qələbə qazanmaq üçün çıxacağıq. Məşqlərimizə eyni formada davam edəcəyik”.