Futbol hakimləri yay toplanışını Qəbələdə keçirə bilər.

Rekord.az-a daxil olan məlumata görə, AFFA belə bir plan üzərində fikirləşir.

Məsələ ilə bağlı “Qəbələ” rəhbərliyi ilə müzakirələr aparılmalıdır. Lakin gözlənilir ki, toplanış baş tutsa, AFFA toplanış müddətində meydançalar üçün  ödəniş etməsin.

Qeyd edək ki, keçən il AFFA “Qəbələ”yə 1.5 milyon manat yardım etmişdi. Bu il də analoji yardımın edilməsi gözlənilir. Lakin bunun qarşılığında federasiyanın klubdan müəyyən qarşılıq istəməsi gözlənilir ki, bunun da başında “Qəbələ”nin bazasından təmənnasız istifadə durur.