"Qalatasaray"ın əfsanələrindən olan George Hacinin oğlu Yanis Haci karyerasını Türkiyədə davam etdirəcək.


Rekord.az xəbər verir ki, "Alanyaspor" rumıniyalı hücumameyilli yarımmüdafiəçini transfer edib.


Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.


26 yaşlı futbolçu ilə imzalanan müqavilənin detallarını hələlik açıqlamayıb.


Yanis Hacinin son klubu "Reyncers" (Şotlandiya) olub.