"Hazırda elə bir yaş dövründəyəm ki, yorulduğumu, çatdıra bilmədiyimi düşünmürəm".

Rekord.az xəbər verir ki, bu sözlər Azərbaycanın sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevə məxsusdur.

29 yaşlı pəhləvan karyerasını olimpiya çempionu olduqdan sonra bitirəcəyini diqqətə çatdırıb: "Mənə elə gəlir ki, daha 3-4 il güləşməyi bacararam.

Amma olimpiya çempionluğundan sonra qərar verə bilərəm. İndi nə isə demək çətindir, hər şey ola bilər. Elə bir zədə ala bilərəm ki, olimpiadadan əvvəl də karyeramı bitirməli olum".