Gəncədə beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib
- 16:15
- 35
"Gəncə Open - 2026" beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, Gəncə İdman Sarayında baş tutan tədbirdə Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov, festivalın direktoru Asif Həsənov və digər rəsmilər çıxış edərək turnirin regionda şahmatın inkişafına dəstək olduğunu bildiriblər.
Yarışın baş hakimi Lütfiyar Rüstəmov reqlament barədə məlumat verdikdən sonra ilk tura start verilib.
Yüksək reytinqli və təcrübəli ustaların yer aldığı A qrupunda 46, gənc istedadların qüvvəsini sınadığı B qrupunda isə 134 şahmatçı qeydiyyatdan keçib.
İsveçrə sistemi üzrə təşkil olunan festival oktyabrın 18-dək davam edəcək. Turnirin qalibləri bağlanış mərasimində mükafatlandırılacaqlar.
Qeyd edək ki, "Azərbaycan Şahmat Turu"nun təqviminə uyğun təşkil olunan yarışda 6 ölkədən 180 şahmatçı mübarizə aparır.