“Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya səviyyəli idmançıdır”.


Rekord.az xəbər verir ki, bunu Azərbaycanın cüdo millilərinin performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.


O, Uşanqi Kokaurinin (+100 kq) çıxışını xüsusi qiymətləndirib:


"Uşanqinin artıq kifayət qədər yaşı var. Eyni zamanda, təcrübəli idmançıdır. Son nəticəsi də bir daha göstərdi ki, dünya səviyyəli idmançıdır və hələ də Los-Anceles Olimpiadasına qatılmağı hədəfləyir. Çox şadıq ki, bu çəki dərəcəsində komandamız daxilində artıq rəqabət var. Uşanqi Kokauri Əbu-Dabidə keçiriləcək beynəlxalq yarışda iştirak etmək istəyir. O, hazırda komandada ən çox məşq edən idmançılarımızdan biridir. Buna görə də onun əldə etdiyi nəticə təsadüfi deyil".


Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.