Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq.


Rekord.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv G qrupunda səfərdə Slovakiyanın "Prievidza" klubu ilə üz-üzə gələcək.


Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Xatırladaq ki, "LANDAU Lions" ilk oyununda İsveçrə təmsilçisi "Lions de Geneve"yə uduzub - 83:105.