Azərbaycan Basketbol Liqasında 5-ci turun növbəti oyunları keçirilib.


Rekord.az xəbər verir ki, A qrupunda yer alan "Gəncə" "Şəki"ni qəbul edib.


Qarşılaşma qonaqların 84:70 hesablı qələbəsi ilə bitib.


B qrupunda mübarizə aparan "Sərhədçi" isə "Sumqayıt"la üz-üzə gəlib. Matçda "gənclik şəhəri" təmsilçisi 84:80 hesabı ilə qalib gəlib.


Ötən gün "Ordu" səfərdə "Lənkəran"ı məğlub edib - 91:76. Tura noyabrın 2-də yekun vurulacaq.