
“Gəncə” sabiq oyunçusu ilə müqavilə bağladı
- 08 Okt 2025 22:35
- 56
Mirməcid İsmayılov iki illik aradan sonra yenidən “Gəncə”yə qayıdıb.
Rekord.az xəbər verir ki, Gəncə basketbol məktəbinin yetirməsi ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
20 yaşlı basketbolçu hücumçu mövqeyində oynayır. 195 sm boya malik İsmayılov ötən mövsüm "Lənkəran" və "Şəki"də çıxış edib.
Mirməcid yeni komandasında 9 nömrəli formanı geyinəcək.