Fransa millisinin sabiq hücumçusu Vissam Ben Yedder karyerasını Türkiyədə davam etdirəcək.


Rekord.az xəbər verir ki, 35 yaşlı futbolçu "Sakaryaspor"la anlaşıb. 


Bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.


Ben Yederlə imzalanan müqavilənin detalları hələlik açıqlamayıb.


Ben Yedderin son klubu İranda "Sepahan" olub. O, "Tuluza", "Sevilya" və "Monako"da da çıxış edib.