Fransanın “Nitsa” klubu qapıçısı Valter Beniteslə yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin neçə il uzadıldığı açıqlanmayıb. Mətbuat 27 yaşlı qolkiperin 2023-cü ilin yayınadək klubun şərəfini qoruyacağını yazır.

Argentinalı futbolçu 2016-cı ildən “Nitsa”nın uğurları üçün çalışır.