
“Fiorentina”dan “Torino”ya
- 24 İyn 2025 22:00
- 36
"Torino" "Fiorentina"nın müdafiəçisi Kristiano Biraqini transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü "Torino"nun heyətində icarə əsasında keçirən futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Biraqi 2017-ci ildən “Fiorentina”da çıxış edirdi. O, “İnter”, “Yuve Stabiya”, “Kataniya”, “Çittadella”, “Kyevo”, “Qranada”, “Peskara” kimi klubların da şərəfini qoruyub.