“Fiorentina” A Seriyasının digər təmsilçisi “Kalyari”nin hücumçusu Roberto Pikkolini transfer edib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


24 yaşlı italiyalı oyunçu ilə 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb.


Pikkoli 2024/2025 mövsümündə “Kalyari”də icarə əsasında oynayıb. Ötən ay isə Kalyari təmsilçisi futbolçunu birdəfəlik transfer edib. O, ötən mövsüm meydana çıxdığı 40 matçda 11 qola və 4 məhsuldar ötürməyə imza atıb.