“Finala çıxmağa layiq idik” - Yunis Hüseynov
- 22:00
- 39
"Turan Tovuz"un məşqçisi Yunis Hüseynov Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Zirə”yə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçədən (ilk oyun 0:2) sonra bunları söyləyib:
“Hər komanda istəyir ki, kubokda finala çıxsın. Biz də bunu istəyirdik. Oyunda güclü tərəf biz idik. Ötən matçda da haqqımızı yedilər. Finala layiq komanda biz idik. Əfsuslar olsun ki, ötən oyundakı səhvlərə görə bu gün qələbə qazana bilmədik. Qol da vurduq, saymadılar. Bizdə olanda dərhal VAR-a gedirər, rəqibdə olanda görməmişəm ki, VAR-a baxsınlar. Premyer Liqada Əliyar Ağayev rəqibə qırmızı vərəqə verib, ləğv etmişdi. Bu qədər futbolçunun haqqını yedi. Bu gün heç-heçə etdik. "Zirə"yə uğurlar arzulayıram.
Futbolçularda psixoloji olaraq təsir qalmışdı. Danmıram. İki təmiz penaltini vermirlər. Komandamız bu oyuna pis hazırlamamışdı. "Zirə" ilk görüşdə 2:0 qalib gəlmişdi. Bilirdik ki, beşli müdafiə ilə oynayacaqlar. Arxada o qədər imkan vermədilər. Buna baxmayaraq, komandamız pis təsir bağışlamadı. Əgər birinci hissədə qol vursaydıq, ikinci qol da gələrdi. "Zirə" bu gün yalnız müdafiədə oynayırdı”.