FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları üz-üzə gələcəklər.


Rekord.az xəbər verir ki, I qrupunda yer alan "Abşeron Lions" bu gün "Neftçi" ilə qarşılaşacaq.


Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.


Qeyd edək ki, "Abşeron Lions" qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi "Trefl"ə (96:99) və Estoniyanın "Kalev" komandasına (85:93) məğlub olub. "Neftçi" isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.