Türkiyənin qadın voleybolçulardan ibarət "Fənərbaxça" klubunun bir neçə oyunçusunda koronavirus aşkarlanıb. "Rekord.az" xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb. 

Məlumatda bildirilir ki, mütəmadi olaraq aparılan yoxlamalardan sonra komandanın 3 oyunçusunun koronavirus testi pozitiv çıxıb. Onlar karantinə alınıblar və hazırda müalicələri davam edir.