Federasiya prezidenti korrupsiyada ittiham edilir
- 13:30
- 30
Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapiyaya sosial ödənişlərin edilməməsi ilə bağlı ittiham irəli sürülüb.
Rekord.az xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, istintaq Argentina vergi xidmətinin şikayətindən sonra başlanıb. Vergi orqanları AFA-nın assosiasiya əməkdaşları və ölkənin ən böyük futbol klublarında çalışan işçilər üçün pensiya (sosial) ödənişlərini köçürmədiyini müəyyən edib. Söhbət ümumilikdə 12,8 milyon dollar məbləğindən gedir.
Daha əvvəl KİV-də Argentina millisinin AFA rəhbərliyi ətrafında yaranmış korrupsiya qalmaqalı səbəbindən 2026-cı il dünya çempionatından kənarlaşdırıla biləcəyi barədə məlumatlar yayılmışdı. İş materiallarında Klaudio Tapiyanın etibarlı şəxsi Pablo Toviqinyo və xəzinədar müavini Lusiano Nakis də yer alır.
“La Nacion” qəzetinin yazdığına görə, məhkəmənin tələbi ilə AFA rəhbərliyi ilə əlaqəli ola biləcək daşınmaz əmlak obyektlərində axtarışlar aparılıb. Hüquq-mühafizə orqanları həmin əmlakların formal şəxslərin adına rəsmiləşdirildiyini iddia edir.