“Əzmkar qələbə qazandıq” - Elmar Baxşıyev
- 20:30
- 30
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 16-cı turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:0 hesablı qələbə barədə bunları söyləyib:
"Ağır oyun alındı. Meydançada yaxşı mübarizənin şahidi olduq. "Şamaxı" da yaxşı, mobil komandadır. Bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Əzmkar qələbə qazandıq. Onları qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən daha yaxşısını, daha da artığını etməyə çalışacağıq".