
Əvəzedicilərin yarışında yeni mövsümün püşkü atıldı
- 05 Avq 2025 20:20
- 62
Bu gün Əvəzedicilər liqasında 2025-2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL-in texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak ediblər.
10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin 1-ci və 19-cu turlarının (3-cü dövrənin) püşkləri atılıb. 16 avqust tarixində start götürəcək yeni mövsümün 1-ci və 19-cu turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:
1-ci tur
“Qəbələ-2” – “Kəpəz-2”
“Zirə-2” – “Neftçi-2”
“Şamaxı-2” – “Qarabağ-2”
“Sumqayıt-2” – “Araz Naxçıvan-2”
“Sabah-2” – “Turan Tovuz-2”
19-cu tur
“Sabah-2” – “Sumqayıt-2”
“Şamaxı-2” – “Araz Naxçıvan-2”
“Qarabağ-2” – “Neftçi-2”
“Zirə-2” – “Qəbələ-2”
“Turan Tovuz-2” – “Kəpəz-2”