
“Əsas məqsəd futbolçuların psixologiyasını yüksəltməkdir” - Eyyubov
- 08 Sen 2025 17:00
- 54
“Əsas məqsəd Azərbaycan futbolçularının psixologiyasını yüksəltməkdir”.
Rekord.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov mətbuat konfransında deyib.
Mütəxəssis Ukrayna yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Məşqi plana uyğun keçirmişik. Qısa müddətdə əsas işimiz əhval-ruhiyyəni yüksəltməkdir. Nə dərəcədə alındığını sabah görəcəyik. Əsas məqsədimiz psixoloji cəhətdən komandanı yüksəltməkdir. Keyfiyyət baxımından futbol kollektiv oyundur. Fikirləşmirik ki, bir oyunçu çıxıb qeyri-adi nəsə edəcək. İnanıram ki, gücümüz var və bu baxımdan yaxşı oyun görəcəyik".
Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.