"Aston Villa"nın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasında 200-cü matçını keçirib.


Rekord.az xəbər verir ki, birmingem komandasına rəhbərlik edən məşqçinin yubiley matçı 10-cu turda "Mançester Yunayted"lə heç-heçə ilə başa çatan səfər oyununa (4:4) təsadüf edib.


İspaniyalı mütəxəssis 2018–2019-cu illərdə "Arsenal"a rəhbərlik edib. O, 2022-ci ildən "Aston Villa"da fəaliyyət göstərir.


54 yaşlı mütəxəssis Premyer Liqada 200 oyunluq həddi aşan 5-ci ispaniyalı baş məşqçidir. Daha əvvəl bu göstəriciyə Rafael Benites, Roberto Martines, Xosep Qvardiola və Mikel Arteta nail olublar.