
Əliyevin komandası Konfrans Liqasında mərhələ adladı
- 01:59
- 61
Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Konfrans Liqasında uğurlu çıxışla yadda qalıb.
Rekord.az xəbər verir ki, Albaniya təmsilçisi turnirin 3-cü mərhələsinə yüksəlib.
Zamiqin komandası hər iki oyunda Minsk "Dinamo"suna qalib gəlib. İlk matçda 2:0 üstün olan "Eqnatiya"ya cavab görüşündə bir qol kifayət edib. Bu qarşılaşmada start heyətində yer alan Əliyev 86-cı dəqiqədə əvəzlənib.
Albanlar növbəti mərhələdə "Olimpiya" (Sloveniya) münasibətlərə aydınlıq gətirəcəklər.