UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 5-də keçiriləcək “Rakov” (Polşa) – “Ştrum Qraz” (Avstriya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. 

Rekord.az xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. 

Oyunun var hakimləri niderlandlı Jeroen Manschot və Sergey Ervin Blankdır.