“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 2-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:


“Bərabər səviyyəli komandaların oyununda həlledici qollar əsas rol oynayır. Standartda və ya bəzi epizodda konsentrasiya itirilir, diqqətsizlik olur. Təəssüf ki, künc zərbəsindən sonra qol buraxdıq. Əlimizə düşən imkanlardan yaralana bilmədik.


- Serrano ilə yanaşı, Jo, Filip Ozobiçi, Enrikeni də gözləyirik. İbrahima Vadji 90 dəqiqə oynamağa da hazır deyil. Toplanış keçməyiblər. Ümidvaram ki, növbəti turlarda oynayacaqlar.


Denis Marandiç təkrar əməliyyat edilib. Allaha şükür uğurlu alındı. Əsa ilə yeriyir. Yavaş-yavaş ayaq üstünə basa bilir. Qışdan sonra sıralara qoşulacaq. 


Biz yeni oyunçuları elə oynamaq üçün dəvət etmişik. Əgər funksional formada olsalar, start heyətində olacaqlar. Ola bilər ki, sistemi dəyişək. Çempionat yeni başlayıb. Mövsümün sonunda nəyin necə olacağına baxacağıq”.