
DÇ-yə vəsiqə qazanmış daha bir komanda bəlli oldu
- 13 Okt 2025 23:30
- 37
Kabo-Verde futbol millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, yığma bu uğura DÇ-2026-nın seçmə mərhələsində Esvatiniyə 3:0 hesabı ilə qalib gəlməklə nail olub.
Bununla da Kabo-Verde yer aldığı qrupu on turdan sonra 23 xalla lider tamamlayıb.
Kabo-Verde dünya çempionatına vəsiqə qazanan 22-ci komanda olub. Daha əvvəl Meksika, ABŞ, Kanada (hamısı ev sahibi), Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair və Qananın mundialın final mərhələsində iştirak edəcəyi müəyyənləşmişdi.