ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında pley-offa vəsiqə qazanan komandaların sayı 7-yə çatıb.


Rekord.az xəbər verir ki, qrup mərhələsində 2-ci turun oyunlarından sonra Meksika, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina və Kolumbiya 1/16 finalda iştirakı rəsmiləşdirib.


DÇ-2026-nın qrup mərhələsində III tur bu gün başlayacaq.


Xatırladaq ki, turnirə iyulun 19-da yekun vurulacaq.