Xorvatiya millisinin dünya çempionatlarında qol vuran ən yaşlı oyunçusu oldu
- 16:30
- 37
Ante Budimir Xorvatiya yığmasının tarixində dünya çempionatlarında qol vuran ən yaşlı futbolçu olub.
Rekord.az xaici mediaya istinadən xəbər verir ki, futbolçu bunu DÇ-2026-nın qrup mərhələsinin II turunda, Panama ilə oyunda reallaşdırıb.
Xorvatiyanın 1:0 hesabı ilə qalib gəldiyi matçda yeganə qolun müəllifi məhz A.Budimir olub. Forvard 34 yaş 336 günlüyündə fərqlənib.
Əvvəlki rekord DÇ-2014-də, Kamerunla matçda (4:0) fərqlənən İvitsa Oliçə (34 yaş 277 gün) məxsus idi. Xorvatiya mundialda növbəti oyununu iyunun 27-də Qana yığmasına qarşı keçirəcək.