Dünya çempionatında Portuqaliya və Kolumbiya kimi güclü rəqiblərlə qarşılaşmaq Konqo Demokratik Respublikası (DR) yığmasına böyük təcrübə qazandırıb.


Rekord.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Sebastyen Desabr DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Kolumbiya millisinə 0:1 hesablı məğlubiyyətdən sonra deyib.


"Bizim üçün çox çətin oyun oldu. Güclü rəqibə qarşı oynadıq və onlar bizdən üstün idilər. Futbolçular hər zamankı kimi nəticə qazanmaq üçün meydanda sonadək mübarizə aparsalar da, təəssüf ki, istəyimizə nail ola bilmədik", - fransalı mütəxəssis vurğulayıb.


O, güclü rəqiblərlə matçların əhəmiyyətini xüsusi qeyd edib:


"Portuqaliya və Kolumbiya ilə qarşılaşmalar üzləşdiyimiz çətinliklərlə mübarizə aparmaq üçün bizə böyük təcrübə qazandırdı. Çünki bu, bizim ilk dünya çempionatımızdır".