Azərbaycanı Çexiyanın paytaxtı Praqada böyüklər arasında keçiriləcək Avropa Açıq Turnirində 5 çəki dərəcəsində 15 kişi cüdoçu təmsil edəcək.


Rekord.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, heyətə kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.


60 kq

Murad Əliyev

Babarəhim Mirzəyev


66 kq

İslam Rəhimov

Nazir Talıbov

Hüseyn Allahyarov

Yaşar Nəcəfov

Rəşad Yelkiyev

Elşən Əsədov


73 kq

İbrahim Əliyev

Kamran Süleymanov

Rüfət Şövlətov

Nəriman Mirzəyev


90 kq

Xəyyam Əliyev


100 kq

Elmar Qasımov

Əjdər Bağırov


İyunun 27–28-də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 38 ölkədən 444 idmançı mübarizə aparacaq.