Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə yeniyetmələr arasında atletika idman növü üzrə Oğuz rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, turnir çərçivəsində iştirakçılar yerindən uzununa tullanma, 100 metr qaçış, qumbaraatma və turnikdə dartınma növlərində öz bacarıqlarını nümayiş etdirmişlər.

Yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, fiziki hazırlığın inkişaf etdirilməsi və perspektivli idmançıların müəyyən edilməsindən ibarət olmuşdur.

Atletika növləri üzrə yekun nəticələrə əsasən: 

I yer – Babayev Nihad Ayaz oğlu 

II yer – Əhmədli Dəniz Samir oğlu 

III yer – Yusifov Ümid Asəf oğlu

Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Yarış iştirakçıları və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan turnir yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların fiziki inkişafının dəstəklənməsi və atletika idman növünün təbliği baxımından əhəmiyyətli olmuşdur.