Xorvatiya millisi Panama yığmasına qarşı çox təhlükəli qol vəziyyətləri yarada bilməyib.


Rekord.az xəbər verir ki, bunu Panama yığmasının baş məşqçisi Tomas Kristiansen Xorvatiyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin II turunun oyunundan sonra deyib.


Mütəxəssis məğlubiyyəti belə şərh edib:


"Yaxşı oyun göstərdik. Son fitə qədər mübarizə apardıq və öz oyun üslubumuza sadiq qaldıq. Deyə biləcəyim yeganə şey odur ki, futbolçularımla fəxr edirəm. Onlar çox yaxşı oyun keçirdilər və Xorvatiya ilə bərabər səviyyədə mübarizə apardılar.


Futbol belədir. Rəqibin bir real qol imkanı oldu və bundan maksimum yararlandı. Həqiqət budur ki, onlar bizə qarşı çox təhlükəli qol vəziyyəti yarada bilmədilər. Məncə, bu matçda cəsarətli oynadıq və bir daha deyirəm ki, komandamın çıxışı ilə qürur duyuram".


Qeyd edək ki, Panama millisi DÇ-2026-nın qrup mərhələsinin II turunda Xorvatiyaya 0:1 hesabı ilə məğlub olub.