Ronaldinyo karyerasını bərpa etdi, yeni klubu transferi rəsmən açıqladı
- 13:30
- 33
İtaliyanın "Ravenna" komandası 46 yaşlı əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun transferini rəsmən açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun təqdimat mərasimi ABŞ-nin Mayami şəhərində keçirilib.
Bununla da sabiq yarımmüdafiəçi 2018-ci ildə başa vurduğu peşəkar karyerasını yenidən davam etdirəcək.
"Ravenna" İtaliyanın üçüncü divizionu olan Serie C-də çıxış edir.